AZ

Bişkekdə nəhəng qarpız formalı ticarət köşkləri quraşdırılıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə küçələrdə nəhəng qarpız formasında maraqlı ticarət köşkləri peyda olub. Bu qeyri-adi köşklərdə qarpız və yemişlərin birbaşa satışına icazə verilib. Şəhərin bəzi mikrorayonlarında artıq bu köşklər yerli sakinlər üçün kiçik bir görməli yerə çevrilib.

Bişkek şəhər rəhbərliyi belə satış məntəqələrinin quraşdırılmasına rəsmi şəkildə icazə verib. Yeni təşəbbüs bostan məhsullarının satışının nizama salınması məqsədi daşıyır. Artıq avtomobillərdən yol kənarlarında icazəsiz satışa qadağa qoyulub. Bu tədbirlər şəhər küçələrində tıxacların və yol təhlükəsizliyinə risklərin qarşısını almağa xidmət edir.

Yeni köşklər kondisionerlərlə təchiz olunub, bu da həm məhsulların saxlanması, həm də alıcılar üçün rahat alış-veriş şəraiti yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr