Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-iyun ayılarında ölkədən 12,2 milyon ABŞ dolları dəyərində 8,2 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 8,3 dəfə, həcm baxımından isə 11,2 dəfə çoxdur.
Ümumilikdə cari ilin ilk altı ayında ölkədən dəyəri 1,55 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 16,9 faiz üstələyir. Hesabat dövründə mis filizləri və konsentratlar ixracının xüsusi çəkisi 0,79 faizə bərabər olub.