"Karvan" klubu Əli Abdullayevlə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, onunla 1 illik sözləşmə uzadılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ə. Abdullayev ötən mövsüm Yevlax təmsilçisinin heyətində 25 oyuna çıxıb.

"Karvan" bu yay Kamran İbrahimov, İbrahim Qədirzadə, Rəhman Şabanov və Ceyhun Bağırzadə ilə də müqavilə yeniləyib.