Azərbaycan Milli Elmlər Akademiyasinin Geologiya və Geofizika İnstitutu mikroskop avadanlığının alınması ilə bağlı tender elan edib.
Pravda.az “PostMedia”ya istinadən xəbər verir ki, müsabiqə üzrə təkliflərin qəbulu bu il avqustun 27-dək qəbul ediləcək.
Ehtimal olunan təxmini dəyəri 918 min 562 manat 15 qəpik olduğu deyilən mikroskop bir sıra xüsusiyyətlərə malik olmalıdır.
Qeyd edək ki, Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadədir.
A.Əlizadə 2013-2019-cu illərdə AMEA-nın Prezidenti olub.
Tarix: 5 Avqust 2025, 12:03