“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin fərdi inkişafına və peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunan “Könüllülər üçün yay təcrübə proqramı – 2025” layihəsi çərçivəsində təqdimatlar davam edir.
QHT.az xəbər verir ki, proqram çərçivəsində keçirilən növbəti görüş zamanı iştirakçılara İctimai Birliyin Bakı regional bölməsinin fəaliyyəti, ictimai nəzarət mexanizmləri və onların vətəndaş cəmiyyətinin inkişafında oynadığı mühüm rol barədə ətraflı məlumat verilib. Daha sonra "Problem həll etmə və təşəbbüskarlıq" mövzusunda təlim keçirilib, gənclərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb və komandalar şəklində praktiki tapşırıqlar icra olunub.
Xatırladaq ki, layihənin məqsədi gənclərə müxtəlif istiqamətlərdə - idarəetmə, layihələrin təşkili, ictimai fəaliyyət və kommunikasiya sahələrində real iş təcrübəsi qazandırmaq, onların gələcək peşə fəaliyyətinə töhfə verməkdir.