AZ

Tramp qorxusu: Bu ölkə Rusiya neftindən imtina etdi

Hindistanın ən böyük neft idxalçılarından biri Rusiyadan “qara qızıl” tədarükünü əvəz etmək üçün bir sıra ölkələrlə razılaşma əldə edib.

Publika.az xəbər verir ki, təfərrüatları “Reuters” xəbər agentliyi insayderlərə istinadən yazıb. Jurnalistlərin fikrincə, söhbət neft emalı üzrə ixtisaslaşmış ən böyük şirkət olan “Indian Oil Corporation”dan (IOC) gedir.

Bildirilir ki, şirkət artıq ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Kanadadakı ixracatçılarla müqavilələr imzalayıb. Satınalmaların ümumi həcmi təxminən 7 milyon barel təşkil edir.

Tural

Seçilən
13
publika.az

1Mənbələr