Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə nümayəndələr Kənan Əlizadə və Zəhra Əliyevanın təşəbbüsü, Bərdə rayonu üzrə təhsil sektorunun dəstəyi ilə “Debat nədir?” adlı interaktiv təlim keçirildi. Təlimin əsas məqsədi gənclərdə debat mədəniyyətinin formalaşdırılması, tənqidi düşüncə və arqumentləşdirmə bacarıqlarının inkişaf etdirilməsi idi.
QHT.az xəbər verir ki, təlim zamanı iştirakçılar debat nədir, onun qaydaları və strukturu haqqında ətraflı məlumat aldılar. Ardınca müxtəlif interaktiv fəaliyyətlər, komanda oyunları, praktiki məşğələlər həyata keçirildi. Uşaqlar debatda arqument qurma, qarşı tərəfi dinləmə və sübutlara əsaslanaraq fikir bildirmə kimi əsas bacarıqları mənimsədilər. Tədbirin sonunda isə mini-debat oyunu təşkil olundu. İştirakçılar təlim boyunca qazandıqları bilik və bacarıqları real debat mühitində tətbiq edərək özlərini ifadə etmək imkanı əldə etdilər.