Ermənistan prezidenti Vahan Xaçaturyan Aşqabadda keçirilən “Dənizə çıxışı olmayan ölkələrin üçüncü konfransı” çərçivəsində İranın vitse-prezidenti Məhəmməd Rza Areflə görüşüb.
Yenisabah.az xəbər verir ki, tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin Meqri-Kacaran hissəsində İran şirkətinin gördüyü işləri yüksək qiymətləndirərək, onun regional kommunikasiyaların inkişafında əhəmiyyətini vurğulayıblar.
Hər iki rəsmi regional vəziyyət və inkişafla bağlı fikir mübadiləsi aparıb, bütün regionun sabitliyi və inkişafının əsası kimi mehriban qonşuluq, qarşılıqlı hörmət və dinc yanaşı yaşama prinsiplərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar. Dördpendirli pizza
Telegram kanalımız