AZ

Rusiya və Ukraynadan bir-birinə eyni cavab: Dəmir yolları dağıdıldı

Ötən gecə Ukrayna Silahlı Qüvvələri Rostov vilayətinə pilotsuz uçan aparatla zərbə endirib, nəticədə Millerovski rayonunun Verxnetalovka kəndində 500 kvadratmetr sahədə yerləşən “yarımstansiya”da yanğın baş verib.

Publika.az xəbər verir ki, bunu bölgə qubernatoru Yuri Slyusar bildirib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri Belaya Kalitva, Tatsinsky və Çertkovski rayonlarına "kütləvi hava hücumunu dəf edib", yerli sakinlər ən azı 10 partlayış səsi eşidiblər. Tatsinskaya kəndində isə hücum nəticəsində fərdi yaşayış evinin həyətindəki çadır yanıb. Bütün yanğınlar tez bir zamanda söndürülüb. Qubernatorun dediyinə görə, xəsarət alan olmayıb.

“Krımski Veter” kanalı peyk görüntülərinə istinadən iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələr Millerovodan 10 kilometr aralıda yerləşən “Staraya Stanitsa” dəmiryol dartma yarımstansiyasına hücum edib. Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə Rostov vilayətində gecə saatlarında Ukraynaya məxsus 7 pilotsuz uçan aparat vurulub.

Rusiya da öz növbəsində Xarkov vilayətinin Lozovaya şəhərinə kütləvi zərbə endirib. Şəhərin dəmir yolu infrastrukturu da hücuma məruz qalıb. Məlumata görə, atəş nəticəsində qatar stansiyası və digər infrastruktur obyektləri zədələnib. İnsanların çoxu sığınacağa sığınmağa müvəffəq olub. Növbətçi mexanik ölüb, daha dörd dəmiryolçu isə yaralanıb.

Seçilən
9
publika.az

1Mənbələr