Bakı. Trend:
Ölkədə qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyətstabildir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə NazirliyiRespublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumatverilib.
Bildirilib ki, təhsil müəssisələrində yay tətili səbəbindənməktəblilər arasında təmas azaldığından xəstəliklərin yayılma riskiaşağıdır, hava-damcı infeksiyalarında azalma müşahidə edilir.
"Hazırda ölkədə qızılcaya qarşı həm planlı şəkildə, həm dəvaxtında peyvənd olunmamış uşaqlar və böyüklər arasındamüalicə-profilaktika müəssisələri tərəfindən vaksinasiya tədbirləridavam etdirilir", - deyə məlumatda qeyd edilib.