Çempionlar Liqası və Avropa Liqası ilə bərabər bu gün Konfrans Liqasında da oyun olacaq.
Fanat.Az xəbər verir ki, 3-cü təsnifat mərhələsi bir oyunla start götürəcək.
Açılış oyunu Farer adalarında baş tutacaq. Meydan sahibi "Klaksvik" Belarus təmsilçisi "Neman"ı qəbul edəcək.
Qeyd edək ki, ölkə kubokunun qalibi olan "bayquşlar" 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski", çempionatın bürünc mükafatçısı "qırmızı-ağlar" isə Kipr "Omoniya"sı ilə qarşılaşacaq. İlk görüşlər avqustun 7-də səfərdə, cavab oyunları bir həftə sonra baş tutacaq. "Araz-Naxçıvan" ilk oyununu evdə, "Sabah" isə səfərdə keçirəcək.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
5 avqust
22.45. "Klaksvik" (Farer adaları) - "Neman" (Belarus)