AZ

Məşhur psixoloq əvvəllər xalça yumaqla məşğul imiş - Qalmaqal

Türkiyədə yüksək məbləğ qarşılığında psixoloqluq edən şəxsin əvvəllər xalça yumaqla məşğul olduğu üzə çıxıb.

Ölkə.Az xəbər verir ki, saxta diplom qalmaqalı Türkiyədə gündəm olub. 

Aralarında dosent və professorların da olduğu 400 nəfərin saxta diplomlarla karyera qurduğu müəyyən edilib.

Onlardan biri də məşhur psixoloq Abdullah Volkan Uçakdır.

Saxta diplomla özünü Ege Universitetinin məzunu kimi təqdim edən Uçakın 2018-2019-cu illərdə Adana Xalça Təmizləyicilər Dərnəyinin sədri vəzifəsində çalışdığı müəyyən edilib.

Sosial şəbəkə fenomeni Murat Övüçlə etdiyi seanslarla gündəm olan “psixoloq”un hər seans üçün 4500 lirə (təx.188 AZN) aldığı bildirilir.

Dövlət qurumlarında ayrı-ayrı şəxslərin elektron imzalarını əldə edərək saxta diplom, sənəd və şəxsiyyət vəsiqələri hazırlayan mütəşəkkil cinayətkar dəstə bu saxta sənədləri pul müqabilində faktiki olaraq paylayıb.

Şikayətlərdən sonra Ankara Respublika Baş Prokurorluğu araşdırmalara başlayıb və 37 nəfər həbs olunub.

Billurə Yunus

Seçilən
27
3
olke.az

4Mənbələr