AZ

Kamçatkada güclü zəlzələ: Yarımadanın bir hissəsi iki metr yerdəyişdi

Ajans.az xəbər verir ki,bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin yerli bölməsi məlumat yayıb. Bildirilib ki, hesablamalar geodinamik müşahidələr əsasında aparılıb. Ən böyük yerdəyişmələr yarımadanın cənubunda qeydə alınıb və onlar təxminən 2 metrə çatıb. Alimlər qeyd ediblər ki, bu, 2011-ci ildə Yaponiyada baş vermiş Tohoku zəlzələsi zamanı müşahidə olunan yerdəyişmələrlə eyni səviyyədədir. Petropavlovsk-Kamçatski və ətraf stansiyalarda yerdəyişmələr minimal olub. Bu isə episentrin cənub cinahında yerləşməsi ilə izah olunur.

Xatırladaq ki, iyulun 30-da Kamçatkada 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Maqnitudası 8,8 bal olan təkanlardan sonra dörd sunami dalğası qeydə alınıb.

Seçilən
49
Ajans.az

1Mənbələr