AZ

Qızılın qiyməti ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyasının qiyməti 0,03% azalaraq 3 425,31 ABŞ dollarına bərabər olub. Bu barədə birja məlumatlarında qeyd olunub.

COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti isə 0,35% artaraq 37,46 ABŞ dolları olub.

“AzerGold” QSC-nin 2024-cü il üzrə ümumi aktivlərinin dəyəri 488.35 milyon ABŞ dolları təşkil edib, bu əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə 4.3% çoxdur. Bu barədə Səhmdar cəmiyyətdən bildirilib.

2023-cü illə müqayisədə satış gəlirləri 2024-cü ildə 35% artaraq 182.69 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Hesabat ilində qiymətlilərin satış həcmi 9% artaraq, 70.5 min unsiya qızıl və 97.5 min unsiya gümüş təşkil edib.

Həmçinin “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü ildə xalis dövriyyə kapitalı 3.1% artaraq 105.22 milyon ABŞ dolları, ümumi kapitalı 26% artaraq 399.78 milyon ABŞ dolları təşkil edib.

Aytac Zeynalova

Seçilən
32
anews.az

2Mənbələr