AZ

BDYPİ “1 sual – 1 cavab” adlı yeni rubrikaya start verir

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai maarifləndirmə tədbirləri çərçivəsində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu gündən etibarən “1 sual – 1 cavab” adlı yeni rubrikaya başlayır.

BDYPİ-nin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, rubrikanın əsas məqsədi vətəndaşların yol hərəkəti ilə bağlı gündəlik həyatlarında qarşılaşdıqları suallara aydınlıq gətirmək, mövcud qaydaları daha əlçatan və başa düşülən formada izah etməkdir.

Sosial şəbəkələr üzərindən ünvanlanan çoxsaylı suallar ümumiləşdirilərək rubrika çərçivəsində mütəmadi şəkildə cavablandırılacaq.

BDYPİ bütün hərəkət iştirakçılarını bu rubrikanı izləməyə və yol hərəkəti ilə bağlı suallarını ünvanlamağa dəvət edir.

“Unutmayın ki, qaydaları bilmək həyatınızı qorumaq deməkdir!”, - deyə məlumatda bildirilib.

Seçilən
13
11
ekologiya.az

10Mənbələr