Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov işgüzar səfərlə Türkmənistana gedib.
Finss.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda Əli Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Hocamırat Gəldimıradov və digər rəsmi şəxslər qarşılayıblar.
Avqustun 5-də Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının 7-ci məşvərət görüşünə hazırlıq iclası keçirilib.
Nazirlər Kabinetinin məlumatına əsasən, iclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov da iştirak edib.

