AZ

İmran Xanın partiyasının 120 üzvü həbs edildi

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pakistan polisi sabiq baş nazir İmran Xanın qurucusu olduğu əsas müxalifət partiyası “Pakistan Təhrike İnsaf”ın 120 üzvünü həbs edib.

Axar.az “Röyters“ə istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik mənbələri məlumat yayıb.

Əməliyyatlar əsasən Lahor bölgəsində baş verib.

Partiyanın mətbuat xidməti isə həbs olunanların sayının ən azı 200 nəfər olduğunu bildirib.

Qeyd edək ki, Pakistanın sabiq Baş naziri İmran Xan 2022-ci ildə parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində vəzifədən uzaqlaşdırılıb. O, mütəmadi olaraq tərəfdarlarını etiraz aksiyaları keçirməyə çağırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
9
axar.az

10Mənbələr