“Betis” 25 yaşlı kolumbiyalı mərkəz yarımmüdafiəçisi Nelson Deossanı “Monterrey”dən tamhüquqluə əsasda satın alıb.
Arena.az bu barədə “Betis”in mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid “heliopolitlər”ə 11,7 milyon avro məbləğ müqabilndə başa gəlib.
Nelson Deossa “Atletiko Uila”nın məzunudur. Futbolçu, karyerası ərzində “Estudiantes” (icarə), “Atletiko Xunior” (icarə), “Atletiko Nasyonal” (icarə), “Paçuka” və “Monterrey”də oynayıb.
Geridə qalmış mövsümdə Deossa “Monterrey” üçün 29 oyuna 7 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Nelson Deossa Kolumbiya yığmasına çağırış alsa da, debüt imkanı qazanmayıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı kolumbiyalı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
