AZ

Mingəçevir in yeni legionerləri komandaya qoşuldular ADLAR

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yeni mövsümün hazırlıqlarına başlayan 1-ci Liqa təmsilçisi "Mingəçevir" heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun danışıq apardığı 3 afrikalı legioner də artıq Azərbaycandadır.

Bunlar qanalı Cona Attukeye, qambiyalı Bakari Ceite və zambiyalı Kennet Kalunqadır. Sözügedən futbolçular "şəhərlilər"in dünən baş tutan məşqində iştirak ediblər.

25 yaşlı Attukeye əsasən sol cinah hücumçusu mövqeyində çıxış edir. O, ölkəsinin əsas millisində 6 oyun keçirib. Ön xətt oyunçusunun son iş yeri Latviyanın "Auda" klubu olub.

25 yaşlı Ceite mərkəz yarımmüdafiəçisidir. Orta xətt oyunçusu Qambiyanın əsas millisində 3 matça çıxıb.

28 yaşlı Kalunqa vingerdir. Kennet Zambiyanın U-20 millisində oynayıb.

Xatırladaq ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Sözügedən klub rəhbərliyi çempionat yekunlaşandan sonra baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Komanda Ramiz Məmmədova tapşırılıb.

Mirağa 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
fanat.az

2Mənbələr