Rusiyanın Federal Vergi Xidməti “Şanksi” Ticarət Evinin ləğvinə dair qərar verib. Ticarət evi “Shacman” avtomobillərinin Rusiyadakı distribütorudur.
Avtosfer.az xəbər verir ki, buna səbəb ötən həftə “Rosstandart”ın sözügedən avtomobillərin “standarta cavab vermədiyini” bildirməsidir. Şirkət hüquqi şəxslərin dövlət reyestrindən çıxarılıb, ləğvetmə proseduru başlayıb.
Son günlərdə 4 Çin markasına məxsus yük avtomobillərinin “standarta cavab vermədiyi” iddiaları rəsmi şəkildə səsləndirilib. Lakin müstəqil ekspertlər burada əsas səbəbin başqa olduğunu düşünürlər. Onlar iddia edirlər ki, Rusiya hökuməti bu yolla 70-ci illərin texnologiyası əsasında istehsal edilən yerli yük avtomobilləri üçün bazarı təmizləyir. Asiya istehsalı olan yük avtomobilləri (söhbət təkcə Çindən getmir) Rusiyanın avtomobil sənayesi üçün ciddi rəqibdir.
Vüqar