AZ

Kişinyovda Qutsul tərəfdarları ilə polis arasında toqquşma olub

Kişinyovda Qaqauziya rəhbəri Yevgeniya Qutsulun tərəfdarları ilə məhkəmə binası yaxınlığında polis arasında toqquşma olub.

“İki sahil” xəbər verir ki,  bu barədə RT məlumat yayıb.

Polis məhkəmə binasının ətrafındakı bloku mühasirəyə alıb və insanları içəri buraxmır.

Bundan əvvəl Qutsulun vəkili Sergey Moraru demişdi ki, Moldova hakimiyyəti qarşıdan gələn parlament seçkiləri öncəsi müxalifəti qorxutmaq üçün onu həbsxanaya göndərmək istəyir.

Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsula hökm bu gün açıqlanacaq.

Seçilən
27
1
ikisahil.az

3Mənbələr