"Malmö" "Zirə"dən transfer etdiyi Salifu Suma ilə bağlı problem yaşayır.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı vinger məşqlərə başlasa da, Çempionlar Liqası heyətinə düşə bilməyib. Klubun idman direktoru Daniel Andersson bildirib ki, Sumaya iş icazəsinin verilməsi gecikir. Bu səbəbdən o, "Kopenhagen"ə qarşı oyunlarda iştirak edə bilməyəcək.
Klub ümid edir ki, Suma 9 avqusta - İsveç çempionatının XIX turu üzrə "Mölbü" ilə qarşılaşmaya qədər iş kağızını əldə edəcək. Klub yeni futbolçuları bir də pley-off mərhələsində qeydiyyatdan keçirmək hüququna sahibdir.
Xatırladaq ki, Suma 1,3 milyon avroya "qartallar"dan "Malmö"yə keçid etmişdi.