İrlandiyanın "Kerri" klubunun iki futbolçusu – qapıçı Matis Randriamami və müdafiəçi Şeyn Marudza supermarketdən oğurluq etdiklərinə görə klubdan qovulublar.
Publika.az xəbər verir ki, hadisə ölkədə geniş rezonans doğurub. Klub bu insidentdən dərhal sonra qısa, lakin sərt açıqlama yayıb: "Təəssüf ki, onların dəyərləri və prinsipləri klubun standartlarına uyğun gəlmir".
Fransada doğulan və Madaqaskar yığmasının qapısını qoruyan Randriamami, Zimbabvedən olan və cəmi bir həftə əvvəl "Kerry" ilə müqavilə imzalayan Marudza komandadan uzaqlaşdırılıb. Xüsusilə yeni transfer Marudza üçün bu, olduqca uğursuz debüt olub.