Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 10 qumbara, 7 alışdırıcı, 8 tüfəng, 1 patron darağı və müxtəlif çaplı 3 min 766 ədəd patron aşkar edərək götürüblər.
Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.