AZ

Polşa kəşfiyyat rəisi: NATO-nun 2027-ci il Rusiya təhdidi ilə bağlı iddiası şişirdilib – ÖZƏL

ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı, NATO-nun Avropadakı ali baş komandanı Aleksus Qrinkevicin Rusiyanın 2027-ci ildə alyansa qarşı çıxmağa hazır olduğu barədə açıqlaması məqsədli şəkildə şişirdilmiş bəyanatdır. 

Olaylar.az xəbər verir ki, bu barədə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib.

"Bu ssenarinin şişirtməyə əsaslandığını düşünürəm", - deyə Lukovski vurğulayıb. Onun fikrincə, Qrinkevicin bəyanatının birinci məqsədi Avropa müttəfiqlərinə təzyiq göstərmək və onları hərbi potensiallarını artırmağa məcbur etmək olub. İkinci məqsəd isə ABŞ daxilindəki siyasi proseslərlə bağlıdır. "Təhlükələrə diqqət çəkmək, Avropadakı ABŞ qoşunlarının yerləşdirilməsinin yenidən nəzərdən keçirilməsi ilə bağlı daxili siyasi təzyiqin bir hissəsidir," - deyə o əlavə edib.

Polşalı kəşfiyyatçı qeyd edib ki, yaxın perspektivdə Avropada münaqişə riski azdır, lakin uzunmüddətli təhdidlər real olaraq qalır.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin də NATO ölkələrinin "Rusiya təhdidi" ilə bağlı qorxu ssenarisi uydurduğunu və xalqa yalan məlumatlar təqdim etdiyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr