AZ

BDYPİ ana ilə azyaşlı övladının həyatına son qoyan hadisə ilə bağlı açıqlama yayıb

Avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Ekologiya.az-a verilən məlumata görə, Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev tərəfindən idarə olunan “VAZ-21074” markalı, 90-CL-577 dövlət qeydiyyat nişanlı avtomobil yolun müəyyən olunmayan hissəsindən – yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlü azyaşlı oğlunu vurub.

Hadisə nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

“Yolun düzgün yerindən keçməmək görünüşdə sadə bir qərardır. Amma bəzən bu qərar bir ana ilə körpəsinin həyatını əlindən alacaq qədər ağır nəticə doğurur. BDYPİ baş verən faciəli hadisədən dərin təəssüf hissi keçirir və bir daha hərəkət iştirakçılarını xəbərdar edir: qaydanı pozaraq atılan hər addım son addımınız ola bilər”, -deyə məlumatda bildirilib.

Seçilən
0
49
ekologiya.az

10Mənbələr