AZ

Qalmaqal: Bu ölkənin keçmiş prezidenti ilə bağlı qərar ABŞ-ı qəzəbləndirdi

Braziliya Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonarunun dövlət çevrilişinə cəhd iddiası ilə bağlı mühakimə ərəfəsində tətbiq edilmiş “profilaktik tədbirləri” pozduğuna görə ev dustaqlığına məhkum edib.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Hakim Alexandr de Moraes tərəfindən verilən qərara görə, braziliyalı ifrat sağçı lider keçən ay ona elektron ayaq biləyi monitoru taxmaq əmri verildiyi zaman sosial mediadan istifadəyə qoyulan qadağanı pozub.

Bildirilir ki, Bolsonarunun vəkilləri bəyanat verərək, keçmiş prezidentin heç bir məhkəmə qərarını pozmadığını əsas gətirərək hökmdən apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Moraes yazıb ki, etirazçılar bazar günü ölkənin müxtəlif şəhərlərində keçmiş prezidentə dəstək üçün küçələrə çıxarkən, Bolsonaro müttəfiq sosial media hesablarından “Ali Federal Məhkəməyə hücum üçün açıq təşviq və təhrik və Braziliyanın məhkəmə sisteminə xarici müdaxiləyə açıq dəstək” olan mesajlar yaymaq üçün istifadə edib.

"Ehtiyat tədbirinin pozulduğuna şübhə yoxdur", - Moraes bildirib.

ABŞ Dövlət Departamenti yaydığı bəyanatda hakimin qərarını pisləyib.

Seçilən
36
publika.az

1Mənbələr