İranın cənubundakı Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Zahedanın 238 kilometr cənub-qərbində Zahekalut şəhərində olub.
Yeraltı təkanlar yerli vaxtla saat 08.36-da qeydə alınıb.
Zəlzələnin ocağı 28 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Rizvan CƏFƏROV,
“Azərbaycan”