AZ

Ronaldu keçmiş komanda yoldaşının "Əl-Nəsr"ə transfer edilməyini istəyir

 

Bakı, 5 avqust, AZƏRTAC

Fransanın "Marsel" komandasının hücumçusu Meyson Qrinvud karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

AZƏRTAC “Marca” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı ingiltərəli futbolçu ilə "Əl-Nəsr" maraqlanır.

İddiaya görə, Səudiyyə klubunun kapitanı Kriştianu Ronaldu vaxtilə "Mançester Yunayted"də birgə oynadığı keçmiş forvardın transferini şəxsən istəyir.

Futbolçunun xidmətində İtaliya təmsilçisi "İnter"in də maraqlı olduğu qeyd edilib.

Meyson Qrinvud ötən mövsüm “Marsel”in heyətində 21 qol vuraraq, PSJ-nin futbolçusu Osman Dembele ilə liqanın bombardiri olub.

 

 

 

Seçilən
19
1
azertag.az

2Mənbələr