AZ

Bülbülə sakinləri aylardır susuzluqdan əziyyət çəkirVİDEO

Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsinin sakinləri su çatışmazlığından əziyyət çəkirlər. 

Sakinlər "Xəzər Xəbər"ə bildiriblər ki, iyun ayından evlərinə su gəlmir.  Onların sözlərinə görə, yayın isti günlərində çimməyə su tapmırlar. Bu vəziyyət onların gündəlik həyatlarını iflic edib. Sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini lakin, problemin həll olunmadığını da iddia edirlər.   

Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.

Daha ətraflı videomaterial “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.

Seçilən
7
xezerxeber.az

1Mənbələr