AZ

Ayxan Abbasov ikisini saxladı, birini yox

"Şamaxı" baxışa çağırdığı 3 oyunçudan birini heyətdə saxlamağa ehtiyac duymayıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, həm də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi olan Ayxan Abbasov yığmaya namizəd sayılan Ravil Qafarovla Bilal İsmayılovu bəyənib. 

Klub artıq bu oyunçularla müqavilə bağladığını rəsmən açıqlayıb. "Zirə"nin əvəzedici komandasından gələn Əkbər Eyubov isə artıq "aslanlar"ın düşərgəsini tərk edib. Yoxlama görüşlərdində ümidləri doğrulda bilməyən mərkəz müdafiəçisi klubuna qayıdıb.

Nihat 

Seçilən
11
1
fanat.az

2Mənbələr