Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov “Offside”a müsahibə verib.
İkiqat Olimpiya mükafatçısı “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq istədiyini deyib. Nəsibov bildirib ki, məqsədinə çatmaq üçün əlindən gələni edəcək. Gələcək hədəflərindən danışan güləşçinin sözlərinə görə, hazırda əsas məqsədi növbəti dünya çempionatında medal götürməkdir.
Azərbaycan Güləş Federasiyasından təklif aldığını qeyd edən idmançı ölkəmizdə güləşin hazırkı durumu ilə bağlı da fikirlərini bölüşüb.
Geniş müsahibəyə buradan baxa bilərsiniz.