AZ

Rusiya Xəzər dənizi ətrafında raket sınaqlarına başladı

Rusiya Müdafiə Nazirliyi Həştərxan vilayətində raket sınaqları ilə əlaqədar Kapustin Yar raket poliqonu üzərində hava məkanını bağlayıb.

Teleqraf xəbər verir ki, avqustun 5-dən 8-dək bu ərazidə uçuşlar məhdudlaşdırılacaq.

Regional administrasiya da, öz növbəsində, Kapustin Yar bölgəsi üzərində hava məkanının bağlanması" xəbərdarlığı edib.

Rusiyanın qitələrarası ballistik raketlər üçün hərbi poliqon üzərində hava məkanını bağladığını elanı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatından sonra gəlib. Həmin bəyanatda deyilir ki, Rusiya artıq “kollektiv Qərb”in ölkə ətrafında raket potensialını artırması səbəbindən quruda yerləşən orta və qısamənzilli raketlərin yerləşdirilməsi ilə bağlı məhdudiyyətlərdən imtina edib.

Bəyanatda Kremlin beynəlxalq təhlükəsizlik və strateji sabitlik sahəsində vəziyyətin inkişafı ilə bağlı məlumatlara əsaslanaraq, cavab tədbirlərinin konkret parametrləri ilə bağlı qərarlar qəbul edəcəyi də bildirilir.

Seçilən
34
teleqraf.com

1Mənbələr