AZ

Süni mayalanmanı bu ayda etdirənlər tez hamilə qalır

Yay aylarında süni mayalanma (IVF) müalicəsi alan qadınların hamilə qalma ehtimalı əhəmiyyətli dərəcədə artır.

E-saglam.az xəbər verir ki, 1100 qadının iştirak etdiyi araşdırma göstərib ki, günəşli və isti havalarda hamilə qalmaq ehtimalı iki dəfə yüksəlir. Bahar aylarında bu göstərici soyuq mövsümlərlə müqayisədə 75% daha yüksək olub.

Alimlər bunu yayda günəş şüaları ilə orqanizmdə təbii yolla artırılan D vitamini ilə əlaqələndirirlər. D vitamini hormonal tarazlığa və məhsuldarlığa müsbət təsir göstərir. Xüsusilə 25–30°C aralığında olan hava şəraitində süni mayalanma müalicəsinin uğur ehtimalı daha yüksəkdir.

Beynəlxalq Biometeorologiya Jurnalında yayımlanan araşdırmada qeyd olunur ki, müalicə vaxtının mövsümə uyğun planlanması IVF nəticələrini yaxşılaşdıra bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
14
e-saglam.az

1Mənbələr