AZ

Yaponiyada günvurmadan 18 nəfər ölüb

Bakı. Trend:

Yaponiyada keçən rekord istilər fonunda 28 iyul-3 avqust ərzindəölkədə yüksək hava temperaturu ilə əlaqədar günvurma diaqnozu iləxəstəxanalara 9,5 min nəfər çatdırılıb. Onlardan 18-i həyatınıitirib.

Trend xəbər verirki, bu haqda Yaponiyada təcili yardım funksiolarını yerinə yetirənYanğın-mühafizə idarəsi məlumat yayıb.

Xəstəxanaya yerləşdirilmiş şəxslərdən 225 nəfəri ora ağırvəziyyətdə daxil olub və onların azı 3 həftə müalicə alacağıbildirilir. Günvurmadan zərər çəkmiş pasiyentlərin 58 faizə yaxınıyaşı 65-dən yuxarı olan şəxslərdir.

Yaponiyada iyun ayından bəri son dərəcə isti hava hökm sürür.Avqustun 5-də İsesaki şəhərində təkcə kölgədə temperatur 41,8dərəcə təşkil edib. Bu, XIX əsrin ikinci yarısından bəri ölkədəhava şəraitinə dair elmi müşahidələr tarixində qeydə alınmış mütləqrekorddur.

Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr