BMT-nin təşkilatçılığı ilə Cenevrədə plastik çirklənməyə qarşı qlobal müqavilənin hazırlanması məqsədilə danışıqlara start verilib. Bu, 2023-cü ilin dekabrında Cənubi Koreyanın Busan şəhərində uğursuz nəticələnən danışıqlardan sonra yeni cəhd hesab olunur.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlarda məqsəd plastik tullantıların azaldılması, istehsalın məhdudlaşdırılması və zərərli kimyəvi maddələrin mərhələli şəkildə dövriyyədən çıxarılması ilə bağlı hüquqi baxımdan məcburi sazişin əldə olunmasıdır. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersen bildirib ki, Busandan bu günə qədər aparılan diplomatik səylər danışıqlara yeni dinamizm qazandırıb. Danışıqlara rəhbərlik edən Ekvadorlu diplomat Luis Vayas Valdivyeso isə bildirib ki, mövqelərimiz fərqli olsa da, hədəfimiz ortaqdır - plastik çirklənmədən azad bir dünya.Toplantıya 600-dən çox qeyri-hökumət təşkilatı da qatılıb. “Greenpeace” nümayəndəsi Qraham Forbes bildirib ki, effektiv nəticə əldə etmək üçün plastik istehsalına məhdudiyyət qoyulmalı, zərərli kimyəvi maddələr qadağan edilməli və ölkələrə keçid üçün maliyyə dəstəyi göstərilməlidir.Statistikaya görə, dünyada plastik tullantıların cəmi 9 faizi təkrar emal edilir, 46 faizi poliqonlara atılır, 22 faizi isə nəzarətsiz qalıb ətraf mühitə yayılır.Tanınmış “The Lancet” tibbi jurnalı tərəfindən yayımlanan hesabatda qeyd olunur ki, plastik çirklənməsi insan sağlamlığı üçün ciddi və artmaqda olan təhlükədir. Bu çirklənmənin qlobal iqtisadiyyata illik təsiri 1,5 trilyon ABŞ dollarına çatır.