Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, iyul ayı ərzində Bakı şəhəri üzrə 21, respublikanın digər şəhər və rayonlarında isə 27 aptek olmaqla ümumilikdə 48 aptekdə yoxlama aparılıb.
Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.
Aparılan yoxlamalar nəticəsində 19 aptekdə nöqsanlar aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.