AZ

"Espanyol" "Real Madrid"in əfsanəsini heyətinə qata bilər

“Espanyol” “Real Madrid”in əfsanəvi sabiq futbolçusu Lukas Vaskesi transfer etməkdə maraqlıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Şira məlumat yayıb.

Onun sözlərinə görə, hazırda azad agent statusunda olan 34 yaşlı futbolçuya “Espanyol” rəhbərliyi 2027-ci ilin yayına qədər nəzərdə tutulan 2 illik müqavilə təklif etməyə hazırdır.

Vaskesin son klubu “Real Madrid” onunla müqavilənin müddəti başa çatdıqdan sonra vidalaşıb.

Maraqlıdır ki, təcrübəli futbolçu 2014/15 mövsümündə “Espanyol”un formasını geyinib. O zaman klubun heyətində 39 oyuna çıxan Vaskes, performansı ilə diqqət çəkmişdi.

Lukas Vaskes “Real Madrid”də keçirdiyi uzun illər ərzində klubun tarixində iz qoymağı bacarıb. O, bütün turnirlər üzrə “qaymaqlılar”ın heyətində 402 oyunda 38 qol vurub, 73 məhsuldar ötürmə ilə yadda qalıb. Sağ cinahda həm müdafiə, həm də hücum xəttində çıxış edə bilən futbolçu, bir çox mötəbər titulların da qazanılmasında pay sahibi olub.

Əgər transfer baş tutarsa, bu həm Vaskesin karyerasında maraqlı dönüş olacaq, həm də "Espanyol" üçün təcrübəli və universal oyunçu qazanmaq baxımından əhəmiyyətli addım sayılacaq.

Seçilən
2
1
operativmm.az

2Mənbələr