AZ

Rubl sürətlə ucuzlaşır: Onu günahlandırırlar

May ayının sonundan iyul ayının sonuna qədər dollar/rubl məzənnəsi 78 rubl səviyyəsində sabit qalıb. 

Lakin iyulun son həftəsində bu balans pozulub. Rublun 24 iyuldan başlayan ucuzlaşması 28 iyulda sürətlənib və dollar qısa müddətdə 82 rubla qədər yüksəlib. Həftənin sonunda məzənnə yenidən 79–80 rubl aralığına qayıtsa da, bazarlardakı təzyiq azalmayıb. 

"Cebheinfo.az" xəbər verir ki, “Forbes” jurnalının rusdilli buraxılışına danışan ekspertlərə görə, bu kəskin dəyişimin əsas səbəbi ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişə ilə bağlı verdiyi açıqlamalar olub. Tramp 29 iyul tarixindən etibarən 10 günlük müddət ərzində sülh prosesində irəliləyiş əldə olunmazsa, Rusiya və onunla ticarət edən ölkələrə qarşı ağır sanksiyalar, 100 faiz gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb. 

Bu balanssızlıq rubl üzərində əlavə təzyiq yaratdı. Bəzi mütəxəssislər baş verənlərin müvəqqəti olduğunu düşünsə də, bir çox iqtisadçılar bunun daha uzunmüddətli zəifləmə prosesinin başlanğıcı ola biləcəyi fikrindədir. Xüsusilə yay aylarında artan idxal üçün əvvəlcədən ödənişlər və tətil məqsədilə valyuta alışları məzənnə üzərindəki təzyiqi artırır. 

Proqnozlara görə, ilin son rübündə dolların 85 rubl səviyyəsinə qədər yüksəlməsi mümkündür. Digər tərəfdən, Mərkəzi Bankın faiz dərəcələrini azaltması ilə əmanət gəlirlərinin düşməsi də insanları valyutaya yönəldir. İxrac gəlirlərinin azalması və şirkətlərin valyuta satışını məhdudlaşdırması səbəbilə bazarda valyuta təklifi azalır. Bütün bu şərtlər daxilində rublun məzənnəsindəki dəyişkənliyin qarşıdakı həftələrdə də davam edəcəyi gözlənilir. 

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr