AZ

İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir

Bakı. Trend:

İranın Azərbaycandakı səfirliyi Azərbaycan Xarici İşlərNazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İran vətəndaşlarıolan məhkumlara münasib şəraitin yaradılması ilə bağlı açıqlamasınımüsbət dəyərləndirir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İranın Bakıdakısəfirliyindən bildirilib.

Qeyd edilib ki, iki ölkə münasibətlərində gündəmə gələnməsələlər, o cümlədən vətəndaşlarla bağlı mümkün problemlər lazımiqaydada öz həllini tapa bilər.

"Bu kontekstdə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuatkatibinin məhkumlar üçün münasib şəraitin yaradılması, onlarıntibbi və səhiyyə ehtiyaclarının təmin olunması, ailələri iləvideoəlaqənin yaradılması, eləcə də məhkumların cəza müddətininqalan hissəsini öz ölkələrində çəkməsi ilə bağlı əməkdaşlıqtəkliflərini müsbət dəyərləndirir və bu sahədə əməkdaşlığa hazırolduğumuzu bəyan edirik", - səfirlikdən əlavə olunub.

Qeyd edək ki, bəzi KİV-də Azərbaycanda saxlanılan iranlıməhbusların şəraiti ilə bağlı müxtəlif nigaranlıqlar irəlisürülüb.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuatkatibi Ayxan Hacızadə bildirib ki, Azərbaycan RespublikasınınƏdliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İranİslam Respublikasının vətəndaşı olan məhkum və həbs edilmişşəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləriqorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar.Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum vəhəbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq, ailəüzvləri ilə görüşmək və telefonla danışmaq hüquqlarından istifadəedirlər. Bəzi penitensiar müəssisələrdə İran İslam Respublikasıvətəndaşı olan məhbuslara ailə üzvləri ilə video görüntü əsasındagörüşlərin keçirilməsi imkanı yaradılıb.

"Həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran İslamRespublikasının vətəndaşları mütəmadi olaraq tibb-sanitariyabölməsində müayinələrdən keçirlər. Bununla yanaşı, İran İslamRespublikasının Azərbaycan Respublikasındakı Səfirliyininəməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərmanpreparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativaktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlaraçatdırılıb.

Yalnız 2025-ci ildə İran İslam Respublikasının Səfirliyininəməkdaşları ilə penitensiar müəssisələrində cəza çəkən 37 nəfərİran İslam Respublikasının vətəndaşları arasında konsul görüşününkeçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İranvətəndaşı ilə 31 iyul tarixində baş tutub. Azərbaycan tərəfininhəmçinin bir sıra İran vətəndaşları ilə bağlı humanistlik nümayişetdirdiyi İran tərəfinə yaxşı məlumdur. Məhkum edilmiş bir sıraşəxslərin əfv olunması haqqında Azərbaycan RespublikasıPrezidentinin 26 may 2025-ci il tarixli Sərəncamı ilə 5 nəfər İranvətəndaşı əfv olunub", - XİN rəsmisi qeyd edib.

Məqalədə:
Seçilən
8
5
az.trend.az

6Mənbələr