Məlum olduğu kimi, "Turan Tovuz" bu yaxınlarda heyətini "Qarabağ"ın sabiq futbolçusu İbrahima Vaciylə gücləndirdi. "Bozqurd" sonuncu dəfə Fransa "Sent-Etyen"inin formasını geyən təcrübəli hücumçuyla "1+1" illik müqavilə bağladı.
Maraqlıdı ki, hələ anlaşma rəsmiləşməmiş Vacinin zədəli olduğu haqda iddialar yayılmışdı. Bölgə təsmilçisinin Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində "Flamurtari"yə (Albaniya) qarşı keçirdiyi yoxlama oyununun (0:1) iştirak ərizəsində seneqallının adının olmaması bu yöndə şübhələri bir qədər də artırdı.
Odu ki, klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxlayıb, hücumçunun zədəli olub-olmadığını soruşduq. O, "Football-plus.az"a açıqlamasında Vacinin səhhətində hansısa problem olmadığını, hədəfləri olan kollektivin zədəli futbolçu transfer etməsinin mümkünsüzlüyünü bildirdi.
Xatırladaq ki, 30 yaşlı seneqallı karyerası ərzində "Qaziantep" (Türkiyə), "Molde" və "Hauqesunn"un da (hər ikisi Norveç) şərəfini qoruyub.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta