Keçmiş FIFA referisi Tran Din Tin vəfat edib.
Futbolpress.az xəbər verir ki, bu barədə Vyetnam Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 43 yaşlı hakim 4 km qaçılmalı olan dözümlülük testi verən zaman yıxılıb.
İlkin yardımdan sonra xəstəxanaya aparılan referinin daha sonra ürəyi dayanıb və vəfat edib.
Tran 2019-cu ildən FIFA bayrağı altında keçirilən oyunlara təyinat alırdı.