AZ

Rusiya “Oreşnik” atmağa hazırlaşır? Hava məkanını bağlayıb

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiya avqustun 4-dən 8-dək Həştərxan vilayətində yerləşən Kapustin Yar poliqonu üzərindəki hava məkanını bağlayıb.

“AzPolitika” xəbər verir ki, mütəxəssislərin dediyinə görə bu, ballistik raketlərin sınaqdan keçirildiyini göstərə bilər.

Həmçinin, bu addım “Oreşnik”lə nöbəti dəfə Ukraynaya zərbə endirilməsi təhlükəsi yaradır. Bunu OSINT analitikləri bildiriblər.

Ukraynada əhaliyə xəbərdarlıq edilir ki, bu hərəkətlər mütləq mənada Ukraynaya zərbə endiriləcəyi demək deyil, lakin vəziyyət gərginləşərsə, bunu istisna etmək olmaz. Əvvəllər oxşar tədbirlər 24 və 25 fevral 2022-ci il tarixlərində, həmçinin Dneprin “Oreşnik”lə vurulması zamanı görülmüşdü.

Bundan başqa, iyunun 5-də Rusiyanın bəzi media resursları “Oreşnik”in buraxılması barədə məlumat verib. Lakin bu cəhdin uğursuz alındığını bildiriblər.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
azpolitika.info

1Mənbələr