BAKI, TurkicWorld, Nərmin Ağayeva
Türkiyənin Aydın vilayətinin Efeler rayonunda yerləşən zeytun bağında yanğın baş verib.
TurkicWorld xəbər verir ki , yanğının qarşısının alınması üçün müdaxilə davam edir.
Hadisə yerli vaxtla saat 12:30 radələrində Konuklu məhəlləsi yaxınlığında qeydə alınıb.
Əraziyə Meşə Təsərrüfatı Müdirliyi və yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda alovun ətraf ərazilərə yayılmaması üçün intensiv işlər görülür.
Qeyd edək ki, yay mövsümündə Türkiyənin cənub bölgələrində yüksək temperatur səbəbindən meşə və zeytun bağlarında yanğın riski artır.