Azərbaycan II Liqasında komanda sayının azaldığı dünən rəsmən açıqlandı. Peşəkar Futbol Liqası növbəti mövsüm çempionatda 14 yox, 12 klubun mübarizə aparacağını bildirdi.
Məlumatda həmçinin AFFA ilə məsləhətləşmələrdən sonra Region Liqasının potensialını, eləcə də komandaların II Liqaya marağını nəzərə alaraq, turnirin formatında dəyişiklik edildiyi də vurğulanıb.
2025-2026-cı illər mövsümü II Liqada turnir 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət altılıq sistemində yarışacaqlar.
Daha bir maraqlı məlumat isə komandalara ayrılan büdcə ilə bağlıdır. İki ildir 14 komanda ilə keçirilən turnirdə hər kluba bir mövsüm üçün 50 min manat ayrılırdı. Növbəti mövsüm də turnirə ayrılan vəsait dəyişməyəcək.
Ancaq komanda sayı azaldığı üçün bu məbləğ 14 yox, 12 klub arasında bölünəcək.
Bu da o deməkdir ki, II Liqa təmsilçilərinin növbəti mövsüm üçün nəzərdə tutulan büdcələrində cüzi də olsa da, artım olacaq.
Komandalar bir mövsüm üçün AFFA-dan təxminən 58 manat dotasiya alacaq.
İdmanxeber.az