BAKI, 5 avqust. TELEQRAF
"Qəbələ" futbolçuları Qədir Ramazanovla Elnur Mustafayevin müqavilə müddətini uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə Qəbələ təmsilçisinin rəsmi səhifəsi məlumat yayıb.
Hər iki oyunçu ilə üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Qəbələ" növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.