AZ

Pakistan səfiri Kəşmir xalqına göstərilən həmrəyliyə görə Azərbaycana təşəkkür edib

Bakı. Trend:

Kəşmir xalqına göstərdiyi həmrəyliyə görə Azərbaycana təşəkküredirəm.

Trend xəbər verirki, bunu bu gün Pakistanın Azərbaycandakı səfiri Qasım MohiuddinCammu və Kəşmir xalqı ilə həmrəylik nişanəsi olaraq qeyd edilənİstehsal Günü (Youm-e-Istehsal) münasibətilə keçirilən tədbirdəbildirib.

“Azərbaycanın Kəşmir xalqı ilə həmrəyliyinə görə təşəkküredirəm. Biz millət olaraq Azərbaycanla çox yaxınıq və Azərbaycanınöz torpaqlarını geri qaytarmağa nail olmasına səmimi qəlbdənsevinirik. Azərbaycan torpaqları otuz il ərzində qəddar erməniişğalı altında qalmışdı. Biz, Azərbaycana yaxın bir xalq olaraq,onun öz qanuni torpaqlarına müstəqil şəkildə nəzarəti bərpaetməsindən qürur duyuruq”, – deyə səfir bildirib.

Tədbirin gedişində səfir Pakistan baş naziri Şahbaz Şərifinyazılı müraciətini oxuyub.

“Biz bir daha beynəlxalq hüququn norma və prinsiplərini kobudşəkildə pozan Hindistanın qanunsuz addımlarını, eləcə də 2019-cu ilavqustun 5-dən etibarən Hindistanın BMT Təhlükəsizlik Şurasınınmüvafiq qətnamələrinə zidd olaraq, onun tərəfindən qanunsuz işğalolunmuş Cammu və Kəşmirin (IIOJK) demoqrafik tərkibini və siyasistrukturunu dəyişməyə yönəlmiş birtərəfli addımlarını qətiyyətləpisləyir və rədd edirik”, – baş nazirin müraciətində deyilir.

Ş. Şərifin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasınınqətnamələrinə uyğun olaraq Kəşmir xalqının iradəsinə və istəklərinəhörmət göstərilməsi Cənubi Asiyada davamlı sülhün təmin olunmasınınyeganə yoludur.

Məqalədə:
Seçilən
32
5
az.trend.az

6Mənbələr