AZ

“Qəbələ” Ramazanov və Mustafayevlə yeni müqavilə bağladı

2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Qəbələ” iki futbolçusu ilə müqavilə müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qədir Ramazanov və Elnur Mustafayevlə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Qəbələ” daha öncə Prins Ovusu ilə də peşəkar müqavilə imzalandığını açıqlamışdı.

Əyalət klubu yeni mövsüm öncəsi Emil Süleymanov (“Şamaxı”, icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi, Xəyyam Məmmədli (“Baku Sportinq”, icarə), Elvin Yunuszadə, Sənan Ağalarov (“Baku Sportinq”, icarə) və Ürfan İsmayılovla da yollarını ayırıb. Gedənlərin əvəzində İsaak Amoa, Paulo Kimbila, Adriel Ba Lua və Eduardo Kunde komandaya cəlb ediliblər.

Seçilən
13
arena.az

1Mənbələr