AZ

​Rusiya raketlərlə bağlı məhdudiyyətə son qoyacaq -

Rusiya artıq orta və qısa mənzilli raketlərin yerləşdirilməsinə dair tətbiq etdiyi məhdudiyyəti qüvvədə saxlamayacaq. Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bəyanatda qeyd olunub ki, ABŞ tərəfindən bu tip raketlərin Avropa və Asiya-Sakit okean regionlarında yerləşdirilməsinə başlanılması Rusiyanı mövcud vəziyyəti yenidən nəzərdən keçirməyə məcbur edib.Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “X” sosial şəbəkəsində paylaşımında qeyd edib ki, qərar NATO-nun Rusiya əleyhinə siyasətinin nəticəsidir:“Bu, yeni reallıqdır. Bütün rəqiblərimiz bununla hesablaşmalı olacaqlar. Gözlənilən başqa addımlar da olacaq”.
Medvedev həmin “əlavə addımlar”ın nədən ibarət olacağı barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanmış Orta Mənzilli Raketlərə dair Müqavilə (INF) bu tip yerüstü raketlərin yerləşdirilməsini qadağan edirdi. Lakin ABŞ 2019-cu ildə Donald Trampın prezidentliyi dövründə, Rusiyanı müqavilə şərtlərinə əməl etməməkdə ittiham edərək, bu razılaşmadan çıxıb.

Seçilən
53
metbuat.az

1Mənbələr