AZ

Məşhur müğənni qardaşı haqqında verdiyi çətin qərar barədə danışdı

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin tanınmış sənətçisi Seda Sayan bu dəfə şəxsi həyatı ilə bağlı emosional açıqlaması ilə gündəmə gəlib.

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, o, Alzheimer xəstəliyindən əziyyət çəkən qardaşını qocalar evinə yerləşdirdiyini bildirib.

S.Sayan verdiyi açıqlamada bu qərarın onun üçün nə qədər çətin olduğunu vurğulayıb:

“Qardaşlarımdan birini qocalar evinə yerləşdirmək məcburiyyətində qaldım. Alzheimer xəstəsi olduğu üçün küçələrdə təhlükəyə çevrildi. Qardaşım azırdı, küçələrdə gəzirdi, bəzən onu polis bölməsindən götürməli olurduq. Bu, çox ürək ağrıdan bir vəziyyətdir”.

Məşhur sənətçi ailəsinin yaşadığı gərginliyi də dilə gətirib. Onun sözlərinə görə, qardaşının övladları artıq emosional və fiziki cəhətdən çox yorulublar:

“O, özü və ətrafı üçün təhlükə yaratmağa başlamışdı. Biz artıq bu vəziyyətin öhdəsindən gələ bilmirdik. Ailə olaraq çox yorulmuşduq”.

Seda Sayan keçmiş ərinin də bu dövrdə böyük dəstək göstərdiyini qeyd edib. O, qardaşına indi peşəkar qayğı göstərildiyini və bunun sayəsində özlərini daha rahat hiss etdiklərini deyib:

“Heç olmasa indi harada olduğunu bilirik. Onun qayğıya ehtiyacı var və burada ona daha yaxşı baxılır. İçimiz rahatdır”.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr